Daxili İşlər Nazirliyi Sulutəpədə qeydə alınan insidentlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Sulutəpədə qeydə alınan insidentlə bağlı məlumat yaydı

19 Aprel 2012 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin məlumatına görə, aprelin 18-də Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki qanunsuz tikililər sökülərkən 200-250 nəfər qəsəbə sakini buna etiraz əlaməti olaraq şirkətin əməkdaşları Fəqan Yəhyanı, Hüseyn Əzəmini, Yalçın Məmmədovu, Rəşad Qədimovu, İlham Şahverdiyevi, Musa Abuzərovu və Aqşın Piriyevi döyərək onlara xəsarət yetirib və bu zaman sakinlərdən İdrak Abbasov və Camal Əliyev də xəsarət alıblar. İ.Abbasov və C.Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.
Daha sonra sakinlər Bakı-Şamaxı yolunun 13-cü km-də avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Cəhdin qarşısı alınıb, onlardan 10 nəfəri Binəqədi RPİ 40-cı PB-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi ilə protokol tərtib olunduqdan sonra buraxılıblar.

O.M.