Moskvada baş verən silahlı atışmanın videogörüntüsü yayılıb- Video

Moskvada baş verən silahlı atışmanın videogörüntüsü yayılıb- Video

25 May 2020 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxtı Moskvada baş verən silahlı atışmanın videogörüntüsü yayılıb.

Oxuməni.az xəbər verir ki, yayılan kadrlarda avtomobil dayanacağında bir neçə silahlı şəxsin qaçdığı görünür.

Onlardan birinin əlində avtomat, digərində isə çox güman ki, tapança var.

Videoda atəş səsləri eşidilir. Olayla bağlı təfərrüatlı məlumat verilmir.

Bu arada isə Moskva polisi hadisəni törətməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.

İstintaq Komitəsinin məlumatına görə, silahlı atışma zamanı xəsarət alan var. Faktla bağlı araşdırma aparılır.

Son məlumatlara görə, Moskvanın Kaşirsk şosesindəki avtomobil dayanacağında baş vermiş atışmadan sonra saxlanılanların sayı 9 nəfərə çatıb.

Oxuməni.az