Salyanda yas mərasimində 31 nəfər zəhərlənib

Salyanda yas mərasimində 31 nəfər zəhərlənib

19 Aprel 2012 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu barədə Salyan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışov məlumat verib. Onun bildirdiyinə görə, kütləvi zəhərlənmə aprelin 18-də, Salyan rayon mərkəzindən 45 kilometr məsafədə yerləşən Xıdırlı kəndində keçirilən yas mərasimində baş verib. Yas mərasimində yemək yeyəndən sonra bir çox şəxslərdə ürəkbulanma, qusma, mədə ağrıları müşahidə olunub. Mərasimdə iştirak edən 14 qadın, 7 kişi Salyan Mərkəzi Rayon Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Daha 10 nəfər isə Toksikoloji mərkəzə göndərilib. Xəstələrə ilk tibbi yardım göstərilib və onlar evə buraxılıblar.

Yas mərasimində iştirak edənlərdən 31 nəfərin zəhərləndiyi bildirilir.

İntiqam Abışovun bildirdiyinə görə, xəstələrdən, eləcə də onların qidalandığı bütün qidalardan nümunələr götürülüb. Nümunələrin analizindən sonra kənd sakinlərinin nədən zəhərləndiyi açıqlanacaq.

O.M