Bərdədə məcburi köçkünlərin məskunlaşdığı 47 saylı peşə məktəbi yandı

Bərdədə məcburi köçkünlərin məskunlaşdığı 47 saylı peşə məktəbi yandı

18 Aprel 2012 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdədəki 47 saylı peşə məktəbində yanğın baş verib. Yanğın təhsil ocağının həyətində məskunlaşmış məcburi köçkünlərə məxsus üç evdə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə Yanğından Mühafizə Bölməsinin əməkdaşları cəlb olunub. Alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

O.M.