Azərbaycanda 17 aprelin kriminal xronikası

Azərbaycanda 17 aprelin kriminal xronikası

18 Aprel 2012 11:17
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 45 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.

Hövsan qəsəbə sakini Saday Quliyevə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Firdovsi Əhmədov tutulmuşdur

17.04.2012

Aprelin 17-də Suraxanı rayonunun Hövsan qəsəbəsində qəsəbə sakinləri Firdovsi Əhmədov münaqişə zəminində Saday Quliyevə bıçaqla xəsarət yetirmişdir. Suraxanı RPİ 30-cu PB əməkdaşları tərəfindən F.Əhmədov tutulmuşdur.

Gəncə şəhər sakini Sərxan Hüseynovun avtomaşın qaçırması müəyyən edilmişdir

17.04.2012

Aprelin 17-nə keçən gecə Gəncə şəhərində, şəhər sakini Elnur Mehdiyevə məxsus "Daewoo" markalı avtomaşın qaçırılmışdır. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün saat 09.00 radələrində şəhər ərazisində maqnitofonu və səsgücləndiriciləri sökülmüş vəziyyətdə tapılmışdır. Araşdırmalar zamanı hadisənin şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Hüseynov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Lənkəran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

17.04.2012

Aprelin 17-də saat 23.00 radələrində Lənkəran şəhəri ərazisində Göyşaban kənd sakini Rauf Əliyevin idarə etdiyi "VAZ-2109" və şəhər sakini Həbibi Abdullayevin idarə etdiyi "VAZ-21154" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış R.Əliyev və sərnişini Elşad Əliyev xəstəxanaya yerləşdirilmişlər. R.Əliyev aprelin 18-də orada ölmüş, E.Əliyevin vəziyyəti isə orta-ağırdır.

Tərtər şəhər sakini Pakizə Sadıqova qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır

17.04.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər şəhər sakini Pakizə Sadıqova gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır.

Bakı şəhər sakini Kamran Ağayev tutulmuşdur

17.04.2012

Çevik Polis Alayı və Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də şəhər sakini Dilarə Məmmədovaya qarşı zor tətbiq edərək içərisində 8 manat pul olan çantasını ondan almış, Bakı şəhər sakini Kamran Ağayev tutulmuşdur.

1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin Bakı şəhər sakini Anar Aslanov tərəfindən törədilməsi müəyyən edilmişdir

17.04.2012

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Elgüzar Ələsgərovun ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "Mercedes" markalı avtomaşınn sürücüsü Bakı şəhər sakini Anar Aslanov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Pərviz Yüzbaşova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Murad Ramazanov tutulmuşdur

17.04.2012

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Pərviz Yüzbaşova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Murad Ramazanov tutulmuşdur.

Oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri Röyal Məmmədov və Amil Beydullayev tutulmuşlar

17.04.2012

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Mustafa Nəsibova məxsus "VAZ-2107" markalı avtomaşının təkərini oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakinləri Röyal Məmmədov və Amil Beydullayev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların həmin gün Elnur Cəfərova məxsus "VAZ-2107" markalı avtomaşından maqnitofon oğurlamaları müəyyən edilmişdir.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Nicat Zeynalov və Nazim Cavadov tutulmuşlar

17.04.2012

Yasamal RPİ 27-ci PB və Yasamal RMİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Münəvvər Tağıyevanın mənzilindən 7000 manat pul və qızıl əşyalarını oğurlamış Bakı şəhər sakinləri Nicat Zeynalov və Nazim Cavadov tutulmuşlar.

Bakı şəhər sakini Elşən Xankişiyev tutulmuşdur

17.04.2012

Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Ağanur Nəcəfova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Elşən Xankişiyev tutulmuşdur.

Xətai rayonu ərazisində baş vermiş hadisənin iştirakçısı olmaqda şübəli bilinən Bakı şəhər sakini Sübhan Fərziyev tutulmuşdur

17.04.2012

Aprelin 16-da Xətai rayonu ərazisində 3 naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakinləri Emil Abdullayevi və Yusif Əmrahovu döymüş və bıçaqla onlara xəsarət yetirmişlər. Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri Bakı şəhər sakini Sübhan Fərziyev tutulmuşdur.

Oğurluq etmiş Bakı şəhər sakini Elvin Əliyev tutulmuşdur

17.04.2012

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də açar seçmək yolu ilə kirayədə yaşayanlar - Biləsuvar rayon sakini Mirxalid Kazımova məxsus noutbuk, datakart və mobil telefon, Masallı rayon sakini Elmar Mustafazadəyə məxsus fotoaparat, Kürdəmir rayon sakini İbrahim Əmirxanova məxsus geyim əşyaları və Şirvan şəhər sakini Elşən Nəcəfova məxsus 5 manat pul və çantasını oğurlanmış Bakı şəhər sakini Elvin Əliyev tutulmuşdur.

Kəlbəcər rayon sakini Müzəffər Həsənov odlu silahı könüllü olaraq təhvil vermişdir

17.04.2012

Göygöl rayonunun Üçtəpə kəndində yaşayan Kəlbəcər rayon sakini Müzəffər Həsənov 1 ədəd AKM avtomat silahı könüllü olaraq Kəlbəcər RPŞ-yə təhvil vermişdir.

Dilənçiliklə məşğul olan 5 nəfər saxlanılmışdır

17.04.2012

Binəqədi RPİ əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 5 nəfər saxlanılmış və Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə təhvil verilmişdir.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Mahur Əliyev ölmüşdür

17.04.2012

Aprelin 5-də saat 16.00 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Təranə Babayeva "Hyundai"markalı avtomaşını idarə edərkən Mahur Əliyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada aprelin 17-də orada ölmüşdür.

Bakı şəhər sakini Yaşar Abdullayev alkoqoldan zəhərlənərək ölmüşdür

17.04.2012

Aprelin 17-də Bakı şəhər sakini Yaşar Abdullayev alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.

Nərimanov rayonu ərazisində kirayədə yaşayan Yusif Hüseynov dəm qazıdan zəhərlənərək ölmüşdür

17.04.2012

Aprelin 17-də Nərimanov rayonu ərazisində kirayədə yaşayan Lənkəran rayon sakini Yusif Hüseynov dəm qazıdan zəhərlənərək ölmüşdür.

Əmisinin oğlu Kamrana bıçaqla xəsarət yetirmiş Balakən rayon Qaracabinə kənd sakini Camal Qaracayev tutulmuşdur

17.04.2012

Aprelin 17-də Balakən rayonunun Qaracabinə kəndində kənd sakini Camal Qaracayev münaqişə zəminində əmisinin oğlu Kamran Qaracayevə bıçaqla xəsarət yetirmişdir. O, Balakən RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Bakı şəhər sakini Samir Baxşiyev tutulmuşdur

17.04.2012

Baş Mühafizə İdarəsi və Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 17-də Lermontov küçəsində Türkiyə vətəndaşı Ali Özoğluya qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış Bakı şəhər sakini Samir Baxşiyev tutulmuşdu

O.M.