Qubada 90 metrlik körpü aşdı

Qubada 90 metrlik körpü aşdı

18 Aprel 2012 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı-Quba Rusiya Federasiyası yolunun 157-ci km-də, Quba rayonun Nügədi Qazmalar kəndi ərazisində yerləşən körpü uçub. Uzunluğu 90 m olan körpünün uçması səbəbindən magistral yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Qaraçayın üzərində yerləşən körpünün uçması nəticəsində "QAZel" markalı yük maşını çaya düşüb. "QAZel"in sürücüsü, Quba rayonu, İqriq kənd sakini, 1972-ci il təvəllüdlü Ülfət Hüseynov müxtəlif dərəcəli bədən əsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

O.M.