Göygöldə Milli Ordunun əsgəri iki əsgəri öldürdü, daha iki nəfəri yaraladı

Göygöldə Milli Ordunun əsgəri iki əsgəri öldürdü, daha iki nəfəri yaraladı

17 Aprel 2012 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin Göygöldə yerləşən "N" saylı hərbi hissəsində Milli Ordunun əsgəri Vüqar Məmmədov tabeliyində olan avtomatdan atəş açaraq iki əsgəri öldürüb, daha iki nəfəri yaralayıb. Belə ki, o, avtomat silahdan atəş açaraq Pünhan Nağızadə (İmişli Rayon Hərbi Komissarlığı) və Müseyib Hüseynovu (Sumqayıt şəhər Hərbi Komissarlığı) öldürüb, Elçin Rəhimov (Suraxanı Rayon Hərbi Komissarlığı) və Məlik Məlikovu (Sabirabad Rayon Hərbi Komissarlığı) yaralayıb.

O.M.