“Ayna” Mətbuat Evinin qəsdən adam öldürmədə təqsirləndirilən sabiq vitse-prezidenti yenidən məhkəmə qarşısında

“Ayna” Mətbuat Evinin qəsdən adam öldürmədə təqsirləndirilən sabiq vitse-prezidenti yenidən məhkəmə qarşısında

17 Aprel 2012 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ali Məhkəmədə "Ayna" Mətbuat Evinin qəsdən adam öldürmədə təqsirləndirilən sabiq vitse-prezidenti Fərhad Süleymanovun kasasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb. Kasasiya şikayəti üzrə bu gün ilk proses keçirilib. Növbəti proses isə mayın 4-nə təyin olunub.

Qeyd edək ki, Fərhad Süleymanov 2011-ci il fevralın 22-də Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları (BMCMİ) tərəfindən saxlanılıb. O, İlya Şabanovla birlikdə tanışı Rauf Həsənovu öldürülməkdə təqsirləndirilir.
Onu da bildirək edək ki, İ.Şabanov barəsində cinayət işi başlansa da, o, hələlik tutulmayıb. Onun Rusiya Federasiyasında gizləndiyi və barəsində axtarış elan olunduğu bildirilir.

O.M.