Azərbaycanda 16 aprelin kriminal xronikası

Azərbaycanda 16 aprelin kriminal xronikası

17 Aprel 2012 11:49
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 54 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 54 cinayət faktı qeydə alınmış, onların da 32-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 14 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.

Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisələri

16.04.2012

Aprelin 16-da saat 22.30 radələrində Xəzər rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Astara rayon sakini Elgüzar Ələsgərov vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Arvadı Aidəni bıçaqla qətlə yetirmiş, oğlu Elnuru isə yaralamış İmişli rayonunun Qaragüvəndikli kəndində kənd sakini Taleh Məmmədov tutulmuşdur

16.04.2012

Aprelin 16-da İmişli rayonunun Qaragüvəndikli kəndində kənd sakini Taleh Məmmədov ailə-məişət münaqişəsi zəminində arvadı Aidəni bıçaqla qətlə yetirmiş, oğlu Elnuru isə yaralamışdır. T.Məmmədov İmişli RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

16.04.2012

Aprelin 16-da saat 22.45 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla 25-30 yaşlı kişi vurulmuşdur. Nəticədə xəsarət almış həmin kişi xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakinləri A.Həsənova, Ə.Zeynalov tutulmuş, S.Buqavadze və E.Bəkirova isə müəyyən edilmişlər

16.04.2012

Qobustan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də Solmaz Vəliyevanın evindən 50 manat pul və qızıl əşyalarını oğurlamış Yevlax rayon sakinləri Almara Həsənova, Əsəd Zeynalov tutulmuş, Sima Buqavadze və Esmira Bəkirova isə müəyyən edilmişlər.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

16.04.2012

Aprelin 16-da saat 18.05 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Ceyran Sadıqova vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

16.04.2012

Aprelin 16-da saat 15.30 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Leyla Ağamalıyeva vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

DİO əməkdaşları tərəfindən odlu silah və vasitələri aşkar edilərək götürülmüşdür

16.04.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşayanlar Muraz Rəhimov və Samir Rzayev şübhəli şəxs qismində polisə gətirilmişlər. M.Rəhimovdan 1 ədəd qumbara alışdırıcısı, S.Rzayevdən isə 1 ədəd qumbara aşkar edilərək götürülmüşdür. M.Rəhimovun Gəncə şəhərindəki evinə baxış zamanı, oradan atası Saray Rəhimova məxsus 2 ədəd qumbara, 1 ədəd alışdırıcı, 100 qram barıt, 1 ədəd mərmi, 603 ədəd müxtəlif çaplı patron, 1 ədəd xəncər, 1 ədəd ov bıçağı, 1 ədəd "TOZ-8" tüfəngi, 1 ədəd ov tüfəngi, 1 ədəd tir tüfəngi, 2 ədəd patron darağı, 1 ədəd kaska, 1 ədəd maska və zəhərli maye aşkar edilərək götürülmüşdür.

"Rusaloçka" masaj salonunda oranın inzibatçısı Leyla Qulamovanın əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir

16.04.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisindəki "Rusaloçka" masaj salonunda oranın inzibatçısı Leyla Qulamovanın əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir.

Bakı şəhər sakini Sevil İsmayılovaya qarşı zor tətbiq edərək qızıl boyunbağısını ondan almış Şamaxı rayon sakini Zamil Alıyev tutulmuşdur

16.04.2012

Çevik Polis Alayı və Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-da Bakı şəhər sakini Sevil İsmayılovaya qarşı zor tətbiq edərək qızıl boyunbağısını ondan almış Şamaxı rayon sakini Zamil Alıyev tutulmuşdur.

Avtomaşından oğurluq etmiş Bakı şəhər sakini Taleh Ələkbərov tutulmuşdur

16.04.2012

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də Seyfəddin Qasımova məxsus avtomaşından oğurluq etmiş Bakı şəhər sakini Taleh Ələkbərov tutulmuşdur.

Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tural Məmmədli tutulmuşdur

16.04.2012

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Faiq Azayevi bıçaqla hədələyib içərisində 1400 dollar, 200 manat pul və sənədlər olan çantasını ondan almış Bakı şəhər sakini Tural Məmmədli tutulmuşdur.

İnqilab Şükürovun evindən oğurluq etmiş Zərdab rayon Yarməmmədbağı kənd sakini Məsud Zərbalıyev tutulmuşdur

16.04.2012

Zərdab RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də İnqilab Şükürovun evindən oğurluq etmiş Yarməmmədbağı kənd sakini Məsud Zərbalıyev tutulmuşdur.

1 baş atı oğurlamış Mingəçevir şəhər sakini Həsən Allahverdiyev tutulmuşdur

16.04.2012

Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-a keçən gecə Yeni Həyat qəsəbəsi ərazisindəki otlaq sahəsindən qəsəbə sakini Qasım Albəndiyevə məxsus 1 baş atı oğurlamış şəhər sakini Həsən Allahverdiyev tutulmuşdur.

Oğurluq etdiyinə görə tutulmuş Elnur Musayevin və Elvin Məmmədovun digər cinayət əməlləri də müəyyən edilmişdir

16.04.2012

Oğurluq etdiyinə görə aprelin 13-də Ağdaş RPŞ əməkdaşları tərəfindən tutulmuş Elnur Musayevin və Elvin Məmmədovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların aprelin 1-də Ağdaş şəhər sakinləri Çingiz Eminovun evindən 128 manat pul və 1 ədəd bankomat kartı, aprelin 4-də Sahib Yusifovun evindən 221 manat pul və 6 ədəd bankomat kartı, aprelin 8-də isə Fəridə İsmayılovanın evindən 26 manat pul oğurlamaları da müəyyən edilmişdir.

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi

16.04.2012

Aprelin 16-da saat 09.00 radələrində Abşeron rayonu ərazisində Qazax rayon sakini Səməd Mehdiyevin idarə etdiyi "TOFAŞ", Ağdaş şəhər sakini Həsən Rəşidovun idarə etdiyi "VAZ-21093", Bakı şəhər sakini İntiqam Salamovun idarə etdiyi "BMW" və Gürcüstan vətəndaşı Bədri Qurbanoğlunun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Bədri Qurbanoğlu hadisə yerində ölmüş, xəsarət almış sərnişini Əminə Qurbanova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Müvafiq qeydiyyat və icazələri olmayan Azərbaycan Respublikası ərazisində yaşayan 16 əcnəbi vətəndaş saxlanılmışdır

16.04.2012

Xətai RPİ əməkdaşları tərəfindən müvafiq qeydiyyat və icazələri olmadan Azərbaycan Respublikasının ərazisində yaşayan 13 nəfər Pakistan, 3 nəfər isə Hindistan vətəndaşları saxlanılmışlar.

Dərmandan zəhərlənmiş Sumqayıt şəhər sakini Rəna Cumayeva xəstəxanaya yerləşdirilmişdir

16.04.2012

Aprelin 16-da Sumqayıt şəhər sakini Rəna Cumayeva dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.

O.M.