Azərbaycanda 14-15 aprelin kriminal xronikası

Azərbaycanda 14-15 aprelin kriminal xronikası

16 Aprel 2012 12:41
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə və bazar günləri ərzində 85 cinayət faktı qeydə alınmışdır

14.04.2012-ci il - şənbə günü ərzində 47 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınmış, onların da 21-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.

Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.

Qaradağ rayonunun Lökbatan qəsəbə sakini Cavid Qasımov münaqişə zəminində Ənnağı Ənnağıyevə bıçaqla xəsarət yetirmişdir

14.04.2012

Aprelin 14-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Cavid Qasımov münaqişə zəminində Ənnağı Ənnağıyevə bıçaqla xəsarət yetirmişdir. C.Qasımov Qaradağ RPİ 10-cu PB əməkdaşları tərəfindən tutulmuşdur.

Gəncə şəhərində yol-nəqliyyat hadisələri

14.04.2012

Aprelin 14-də saat 15.30 radələrində Gəncə şəhərində, şəhər sakini Hümbət Rəhimov "Opel" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişinlərindən Rufan Əliyev və Vüqar Çobanov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Emin Novruzov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi

14.04.2012

Aprelin 13-də saat 16.00 radələrində paytaxtın Nizami rayonunda müəyyən edilməmiş avtomaşınla Xaçmaz rayon sakini Mikayıl Mirzəliyev vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Şamaxı rayonunun Dədəgünəş kəndi ərazisində yol-nəqliyyat hadisəsi

14.04.2012

Aprelin 14-də saat 19.30 radələrində Şamaxı rayonunun Dədəgünəş kəndi ərazisində rayon sakini Xıdır Qubatov "VAZ-21214" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri İvan Palavinkin və onun qardaşı Nikolay xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Yasamal rayonu ərazisindəki internet klubların birində qumarxana aşkar edilmişdir

14.04.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Nizami Qənbərovun Yasamal rayonu ərazisindəki internet klubların birində "on line" sistemi ilə qumarxana təşkil etməsi müəyyən edilmişdir. Qumarxanaya baxış zamanı 8 dəst "Los" markalı kompüter, 1 ədəd "Novomaz Admiral" kazino oyun aparatı, 46 ədəd loto kart, 77 ədəd 50 və 100 dollarlıq priz kartları, digər sənədlər və 33 manat məbləğində uduşa qoyulmuş pul aşkar edilmişdir

İlqar İsmayılova qarşı zor tətbiq edərək ondan 480 manat pul almış Bakı şəhər sakinləri Rəsul Quliyev və Ramil Hüseynov tutulmuşlar

14.04.2012

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də İlqar İsmayılova qarşı zor tətbiq edərək ondan 480 manat pul almış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Rəsul Quliyev və Ramil Hüseynov tutulmuşlar.

Hacıqabul rayonunun Talış kənd sakini Nizam Zərbəliyevin evindən qızıl əşyaları oğurlamış şəxslər saxlanılmışlar

14.04.2012

Aprelin 14-də Hacıqabul rayonunun Talış kənd sakini Nizam Zərbəliyevin evindən qızıl əşyaları oğurlanmışdır. Qobustan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş qaraçı millətindən olan Əsəd Zeynalov, Nigar Bəkirova, Roza Həsənova və Xalidə Vəliyeva "VAZ-2106" markalı avtomaşında gedərkən saxlanılmışlar.

70 metr uzunluğunda boruları oğurlamağa cəhd göstərmiş Goranboy rayon sakini Arif Cəlilov saxlanılmışdır

14.04.2012

Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 30-da Atbulaq kəndi ərazisindən keçən Səngəçal Su Kəmərləri İdarəsinə məxsus 70 metr uzunluğunda boruları oğurlamağa cəhd göstərmiş Goranboy rayon sakini Arif Cəlilov saxlanılmışdır.

Mağazadan 1000 manat dəyərində qızıl əşyaları oğurlamış Ağcabədi şəhər sakini Mirsadıq Sadıqov tutulmuşdur

14.04.2012
Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də Ağcabədi şəhəri ərazisində şəhər sakini Namət Məmmədova məxsus mağazadan 1000 manat dəyərində qızıl əşyaları oğurlamış həmyerlisi Mirsadıq Sadıqov tutulmuşdur.

Oğurluq etmiş Xaçmaz rayon sakinləri Ruslan Mirzəyev, Camaləddin Məmmədov və Cavid Mədətov tutulmuşlar

14.04.2012

Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də İlqar Əsədova məxsus dəyirmandan oğurluq etmiş rayon sakinləri Ruslan Mirzəyev, Camaləddin Məmmədov və Cavid Mədətov tutulmuşlar.

Mağazadan 2 ədəd gümüş üzük oğurlamış Məhəbbət Məmmədova tutulmuşdur

14.04.2012

Qaradağ rayonu 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də Qaradağ rayonu ərazisindəki ticarət mərkəzində Bakı şəhər sakini Tural Şamilova məxsus mağazadan 2 ədəd gümüş üzük oğurlamış Məhəbbət Məmmədova tutulmuşdur.

15.04.2012-ci il - bazar günü ərzində 38 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınmış, onların da 24-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 20 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.

Bakı şəhər sakini Elçin Əlizadə münaqişə zəminində Ağazahid Əliyevə bıçaqla xəsarət yetirmişdir

15.04.2012

Aprelin 15-də Səbail rayonu ərazisində Bakı şəhər sakini Elçin Əlizadə münaqişə zəminində Ağazahid Əliyevə bıçaqla xəsarət yetirmişdir. E.Əlizadə Səbail RPİ 39-cu PB əməkdaşları tərəfindən tutulmuşdur.

Biləcəri qəsəbəsində qəsəbə sakini Niyaməddin Məmmədov tutulmuşdur

15.04.2012

Aprelin 15-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Məmmədov, Ağsu rayon sakini - qohumu Vasif Mikayılovu bıçaqla hədələyib cibində sənədi, 380 manat pul və mobil telefon olan pencəyini ondan almışdır. N.Məmmədov Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən tutulmuşdur.

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

15.04.2012

Aprelin 16-da saat 00.05 radələrində Sumqayıt şəhəri ərazisində Məmməd Həsənov "VAZ-2107" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini Namiq Əliyevi vurmuş, idarəetməni itirdiyindən avtomaşınını Şabran rayon sakini Elşən Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşına çırpmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişini Şabran rayon sakini Məhərrəm Ağaməhəmmədov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.04.2012

Aprelin 15-də saat 22.30 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Vüqar Məmmədov "VAZ-2106" markalı avtomaşını idarə edərkən yolu keçən Babək Babayevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.04.2012

Aprelin 15-də saat 23.30 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakinləri Sevda Əliyeva və Firəngiz Nəsirova vurulmuşlar. Nəticədə xəsarət almış hər iki piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Astara şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

15.04.2012

Aprelin 15-də saat 19.00 radələrində Astara şəhəri ərazisində Ərçivan kənd sakini İsmayıl Məmmədovun idarə etdiyi "VAZ-21013" və Şahağacı kənd sakini Lütfiyar Mirzəyevin idarə etdiyi "VAZ-21099" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə L.Mirzəyevin xəsarət almış sərnişinləri Təranə Mirzəyeva, Mətanət Bağırova, habelə İ.Məmmədov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Toğrul Şükürova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Vüqar Əliyev tutulmuşdur

15.04.2012

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də Toğrul Şükürova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Vüqar Əliyev tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Anar Heydərov tutulmuşdur

15.04.2012

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Abdullayevin, Könül Mehralıyevanın, Natiq Əliyevin və Əhməd Əliyevin evlərindən pul, qızıl və məişət əşyaları oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Heydərov tutulmuşdur.

Bakı şəhər sakini Faiq Azayev tutulmuşdur

15.04.2012

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də Ülviyyə Rəsulovaya qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış Bakı şəhər sakini Faiq Azayev tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Marif Quliyev tutulmuşdur

15.04.2012

Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də Nəzakət İbrahimovaya məxsus içərisində 300 manat pul, 1 ədəd mobil telefon və qızıl əşyaları olan çantanı oğurlamış Bakı şəhər sakini Marif Quliyev tutulmuşdur.

Qızıl əşyaları oğurlamış Yevlax rayon sakini Nigar Bəkirova tutulmuşdur

15.04.2012

Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Sevda Əhmədovanın evindən qızıl əşyaları oğurlamış Yevlax rayon sakini Nigar Bəkirova tutulmuşdur.

Səbail rayonunun Şıx qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

15.04.2012

Aprelin 15-də saat 10.20 radələrində Səbail rayonunun Şıx qəsəbəsi ərazisində Emin Əliyev "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişini Bakı şəhər sakini Xanım Babayeva isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.04.2012

Aprelin 15-də saat 17.05 radələrində Kürdəmir rayonu ərazisində Bakı şəhər sakini Elnur Həsənov "Mercedes" markalı avtomaşını idarə edərkən onu Türkiyə vətəndaşı Atilla Yıldız tərəfindən yolun kənarında saxlanılmış "Mercedes" markalı yük avtomaşınına vurmuşdur. Nəticədə E.Həsənov hadisə yerində ölmüşdür.

Sabirabad rayon sakini Ziyafət Amanov inşa edilən binanın 8-ci mərtəbəsindən yıxılaraq ölmüşdür

15.04.2012

Aprelin 15-də Yasamal rayonu ərazisində "Rahat Məkan" MTK tərəfindən inşa edilən binanın 8-ci mərtəbəsindən, orada işləyən Sabirabad rayon sakini Ziyafət Amanov yıxılaraq ölmüşdür.

Dərmandan zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

15.04.2012

Aprelin 15-də Yasamal rayonu ərazisində yaşayan Laçın Həsənov və Sumqayıt şəhər sakini Minayə Məmmədova öz evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.