Daxili İşlər Nazirliyi və Baş Prokurorluq ağır cinayətin üstünü açdı

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq ağır cinayətin üstünü açdı

14 Aprel 2012 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat Xidmətlərindən verilən məlumata görə, aprelin 11-də Sumqayıt şəhər sakini İlham Cabbarovun yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilmiş və fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. İlkin araşdırmalarla müəyyən edilmişdir ki, aprelin 10-da saat 20.00 radələrində tüfeyli həyat tərzi keçirən İlham Cabbarov yaşadığı mənzildə tanışı Nizami Quliyevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zəminində sonuncu tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülmüşdür.

Şəhər prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən N.Quliyev tutularaq istintaqa cəlb olunmuş, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

O.M.