İsmayıllıda baş verən avtomobil qəzasında polislər yaralandı

İsmayıllıda baş verən avtomobil qəzasında polislər yaralandı

13 Aprel 2012 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 12:30 radələrində İsmayıllı şəhərinin Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Nurməmədov Nurlan Xasməmməd oğlunun idarə etdiyi 10-QJ-272 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil ilə 1957-ci il təvəllüdlü Dəmirov Rafael Əlibala oğlunun idarə etdiyi 10-MP-712 dövlət nömrə nişanlı "VAZ 21012" markalı avtomobil toqquşub. "VAZ 21012" markalı avtomobil onun yoluna çıxan "VAZ 2106"nı vuraraq yararsız hala salıb. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

O.M.