Dünya çempionunu öldürən şəxsin apellyasiya şikayəti təmin olunmadı

Dünya çempionunu öldürən şəxsin apellyasiya şikayəti təmin olunmadı

13 Aprel 2012 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində uşu və qaydasız döyüş üzrə dünya çempionu Miramil İbrahimlini qətlə yetirməkdə təqsirləndirilən Çingiz Allahverdiyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Çıxarılmış qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, 2011-ci il iyunun 20-də Mərdəkan qəsəbəsində "Tropikanka" çimərliyində Çingiz Allahverdiyev tapançadan atəş açaraq M.İbrahimlini ağır yaralayıb. Şəhər xəstəxanasına çatdırılan Miramil İbrahimli elə oradaca dünyasını dəyişib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Allahverdiyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki, Miramil İbrahimli qaydasız döyüş üzrə dünya çempionu adını qazanıb. O, 2008-ci ildən uşu üzrə 85 kiloqram çəkidə Azərbaycan çempionu olub.

O.M.