Azərbaycanda 12 aprelin kriminal xronikası

Azərbaycanda 12 aprelin kriminal xronikası

13 Aprel 2012 12:07
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 46 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 18 nəfər tutulmuşdur.

Goranboy rayonunun Balakürd kənd sakini Pərvanə Kərimova qızı Nuranəni döymüş, sonra isə onu boğmuşdur

12.04.2012

Aprelin 12-də Goranboy rayonunun Balakürd kəndində kənd sakini Pərvanə Kərimova 7 yaşlı qızı Nuranəni döymüş, sonra isə onu boğmuşdur. P.Kərimova Goranboy RPŞ əməkdaşları tərəfindən saxlanılmışdır.

Avtomaşın qaçırmış Xaçmaz rayon sakini Sahib Zeynalov avtomaşınla birgə saxlanılmışdır

12.04.2012

Aprelin 12-nə keçən gecə Xaçmaz şəhərində yaşayan Mehman Məmmədova məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılmışdır. Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış rayon sakini Sahib Zeynalov avtomaşınla birgə saxlanılmışdır.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

12.04.2012

Aprelin 12-də saat 07.40 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Salman Bayramov "Mercedes" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini Anar Ağayevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yol-nəqliyyat hadisəsi

12.04.2012

Aprelin 12-də saat 23.10 radələrində Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində kənd sakini Zaur Əsgərov "Hyundai Accent" markalı avtomaşını idarə edərkən yolu keçən Lənkəran şəhər sakinləri Zəminə Kərimova və onun bacısı Arzunu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş hər iki piyada orada ölmüşlər.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

12.04.2012

Aprelin 10-da saat 11.00 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Fidan Abbaslı vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Göyçay rayon sakini Sevanə Xəlilova əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılmışdır

12.04.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisindəki "Qlamour" masaj salonunda, oranın icarədarı Göyçay rayon sakini Sevanə Xəlilova əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılmışdır.

Xaçmaz rayon sakini Cəmilə Qazıyevanın qadınları fahişəliyə cəlb etməsi və əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir

12.04.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində kirayədə yaşayan Xaçmaz rayon sakini Cəmilə Qazıyevanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi və əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir.

Bakı şəhər sakini Ramil Cəfərov tutulmuşdur

12.04.2012

Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də Telli Rüstəmovaya məxsus mobil telefonu oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Cəfərov tutulmuşdur.

Nüsrət Abulova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Abşeron rayon sakini Elvin Hüseynov tutulmuşdur

12.04.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də Nüsrət Abulova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Abşeron rayon sakini Elvin Hüseynov tutulmuşdur.

Nardaran qəsəbə sakini Ramin Nuriyevdən 8,5 kq marixuana götürülmüşdür

12.04.2012

Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Ramin Nuriyevdən 8 kiloqram 500 qram marixuana götürülmüşdür.

Bakı şəhər sakini Cavid Novruzov tutulmuşdur

12.04.2012

2011-ci il iyulun 10-da naməlum şəxsin Şamil Atakişiyevə 100 manat pul beh verib, ona məxsus "VAZ-2106" markalı avtomaşını yoxlamaq adı ilə sürərək getmişdir. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Cavid Novruzov tutulmuşdur.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

12.04.2012

Aprelin 12-də Sumqayıt şəhər sakinləri Könül Məhərrəmova və Çingiz Məmmədov evindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Xaçmaz rayon Qımıl Qışlaq kənd sakini Nail Heydərovu qətlə yetirməkdə şübhəli bilinən Kənan Musayev tutulmuşdur

12.04.2012

Aprelin 12-də Xaçmaz rayonunun Ağarəhim Oba kənd sakini Nazlı Musayevanın evində, Qımıl Qışlaq kənd sakini kürəkəni Nail Heydərovun bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş N.Heydərovun arvadının əmisi oğlu rayon sakini Kənan Musayev tutulmuşdur.

Abşeron rayon sakini Aysu Seyidova dərmandan zəhərlənmişdir

12.04.2012

Aprelin 12-də Abşeron rayon sakini 3 yaşlı Aysu Seyidova öz evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

O.M.