Xaçmaz rayonunda yanğın hadisəsi qeydə alınıb

Xaçmaz rayonunda yanğın hadisəsi qeydə alınıb

13 Aprel 2012 11:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Xaçmaz rayonun Müqtədir qəsəbəsində, dənizkənarı ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın 5 hektar sahəni əhatə edib, kol-kos və qamışlıq ərazi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Alovun qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.