Bakıda bir gündə 5 nəfər bıcaqlanıb

Bakıda bir gündə 5 nəfər bıcaqlanıb

13 Aprel 2012 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda bir gündə 5 gənc bıçaqlanıb. Hadisələrdən biri ötən gecə paytaxtın Bayıl qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, orta məktəb şagirdi, 16 yaşlı Fuad Həsənov ağır bıçaq xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun kimin tərəfindən bıçaqlandığı məlum deyil.

Digər hadisə isə Bakıda keçirilən ad günü məclisində qeydə alınıb. Məclisdə iştirak edən gənclər arasında düşən davada 17 yaşlı Mikayıl Yunisov və 15 yaşlı İsaq Allahverdiyev bıçaqlanıb. Yaralıların hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Klinik Tibbi Mərkəzdən verilən məlumata görə, ötən gecə Bakıda daha iki nəfər bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Onlar 25 yaşlı Tural Mehdiyev və 23 yaşlı Xəyyam Cabbarlıdır.

X. Cabbarlının idmançı olduğu bildirilir.

O.M