Eldəniz Səmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Eldəniz Səmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb

10 Aprel 2020 16:14
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevirdə güclü təsiredici xüsusiyyətlərə malik dərmanların qanunsuz satışında təqsirləndirilən Eldəniz Səmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

Hakim Hüseyn Mirzəliyevin icraatında olan iş üzrə hazırlıq iclası aprelin 21-ə təyin edilib.

Qeyd edək ki, Minəçevir Şəhər Polis Şöbəsinə şəhərdə fəaliyyət göstərən apteklərdən birində güclü təsiredici xüsusiyyətlərə malik dərmanların qanunsuz şəkildə satılması barədə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dərman preparatlarını qanunsuz olaraq satdığı üçün aptekin müdiri Eldəniz Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Aptekə keçirilmiş baxış zamanı oradan 77 ədəd güclü təsiredici xüsusiyyətlərə malik dərman preparatları aşkar olunaraq götürülüb.

E. Səmədova Cinayət Məcəlləsinin 240.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham verilib.

Oxuməni.az