Azərbaycanda 11 aprelin kriminal xronikası

Azərbaycanda 11 aprelin kriminal xronikası

12 Aprel 2012 12:04
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 54 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 54 cinayət faktı qeydə alınmış, onların da 32-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.

Sumqayıt şəhər Köhnə Corat qəsəbə sakini İlham Cabbarovun bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Nizami Quliyev tutulmuşdur

11.04.2012

Aprelin 11-də Sumqayıt şəhər sakini Solmaz Əliyevanın mənzilində, Köhnə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş - oğlu İlham Cabbarovun bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. Suqayıt ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Quliyev tutulmuşdur.

Yasamal rayonu ərazisində yaşayan İslam Abdullayevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Əli Dadaşov tutulmuşdur

11.04.2012

Aprelin 11-də Yasamal rayonu ərazisində yaşayan İslam Abdullayev bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi, Kriminalistik Təhqiqatlar Şöbəsi və Yasamal RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Əli Dadaşov tutulmuşdur.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

11.04.2012

Aprelin 11-də saat 23.40 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Qobustan rayon sakini Mirşah Əzimli vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

11.04.2012

Aprelin 9-da saat 11.30 radələrində Bakının Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Gülnaz Məmmədova vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Oğurluq etməkdə şübhəli bilinən Zərdab rayon Dəliquşçu kənd sakini Qurban Teymurov tutulmuşdur

11.04.2012

Zərdab RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də Qoşqar Soltanova məxsus mağazadan 65 manat pul, spirtli içki və tütün məmulatı oğurlamış Dəliquşçu kənd sakini Qurban Teymurov tutulmuşdur.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirmişlər

11.04.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Əliqadir Eynullayev, Abşeron rayon sakini Nurağa Əsgərov, Rusiya Federasiyasının vətəndaşı Soltan Məcidov və onun qardaşı Masallı rayon sakini Səlim, əvvəllər notariat kontorunda dövlət notariusu işləmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ədalət Mirzəyevin hazırladığı saxta sənədlər əsasında, Masallı rayon sakini Şirzad Məcidova məxsus Bakı şəhərindəki mənzili sataraq pulunu mənimsədikləri müəyyən edilmişdir. Ədalət Mirzəyevin idarə etdiyi "Mercedes" və Nurağa Əsgərovun idarə etdiyi "Toyoto Prado" markalı avtomaşınlara baxış zamanı çoxlu sayda müxtəlif şəxslərə məxsus daşınmaz əmlak sənədləri, möhürlü, imzalı boş etibarnamələr, müqavilə blankları və digər saxta sənədlər aşkar edilərək götürülmüşdür.

Yanıq xəsarəti almış Xəyal Məcidov ölmüşdür

11.04.2012

Aprelin 9-da Quba rayonunun Yerfi kənd sakini Xatirə Mamasiyevanın evində, Xaçmaz rayon sakini qonağı 4 yaşlı Xəyal Məcidovun üstünə qaynar sü tökülməsi nəticəsində yanıq xəsarəti almışdır. Xəstəxanaya yerləşdirilmiş uşaq aprelin 11-də orada ölmüşdür.

Sumqayıt şəhər sakini Zakir Vəliyev hündürlükdən yıxılaraq ölmüşdür

11.04.2012

Aprelin 11-də Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki 5 №-li Orta Məktəbdə, orada təmir işləri aparan Sumqayıt şəhər sakini Zakir Vəliyev hündürlükdən yıxılaraq ölmüşdür.

Yol-nəqliyyat hadisəsi zamanı Ağdaş rayon sakin Əmiraslan Həşimov ölmüşdür

11.04.2012

Aprelin 2-də saat 17.00 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində rayon sakinləri Elşən Məmmədovun idarə etdiyi "SAZ-3507" və Əmiraslan Həşimovun idarə etdiyi "VAZ-21063" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Həşimov aprelin 11-də orada ölmüşdür.

Şamaxı şəhər sakini 5 yaşlı N.Bayramov baş nahiyəsindən xəsarət alması nəticəsində ölmüşdür

11.04.2012

Aprelin 11-də Şamaxı şəhərində şəhər sakini 5 yaşlı Nihad Bayramov yaşadığı evin 1-ci mərtəbəsindəki dəmir barmaqlığa çıxarkən baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmişdir. Uşaq xəstəxanada ölmüşdür.

O.M.