Bakıda 15 yaşlı qız itkin düşüb

Bakıda 15 yaşlı qız itkin düşüb

12 Aprel 2012 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, 1-ci mədən, 3-cü korpusda yerləşən yeni tikilidə yaşayan, 15 yaşlı Nigar İxtiyar qızı İbrahimova aprelin 7-də, təhsil aldığı, Biləcəri qəsəbəsində yerləşən, 314 saylı orta məktəbə gedib və bir daha geri qayıtmayıb. Onun itkin düşməsi barədə valideynləri Binəqədi rayon Polis İdarəsinə müraciət ediblər.
Daxil olan müraciət əsasında əməliyyat-axtarış qrupu yaradılıb. Hazırda 9-cu sinif şagirdi olan N. İbrahimovanın tapılması istiqamətində axtarışlar davam etdirilir.

O.M