Keçmiş Xarici işlər naziri  əri tərəfindən döyülüb

Keçmiş Xarici işlər naziri əri tərəfindən döyülüb

5 Aprel 2020 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Avstriya mediası keçmiş Xarici işlər naziri Karin Knayslın əri tərəfindən döyüldüyünü yazıb.

Oxuməni.az xəbər verir ki, hadisə Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbərinin ölkənin cənubundakı fermasında baş verib.

Knaysl ərinin fermadakı köpəkləri döyüşdürməsinə müdaxilə etdiyi üçün zorakılığa məruz qaldığını bildirib. Köpək döyüşünə müdaxilə edən sabiq nazirin olayda ayağı və üzü yaralanıb. O, buna görə əri ilə mübahisə edib. Bundan sonra təhqirlərə məruz qalan Knaysl ona endirilən yumruq zərbələrin qarşısını ala bilməyib.

Volfqanq Maylinger arvadının üzünə iki zərbə vurub.

Knaysl polisə müraciət etdikdən sonra Maylingerin hərəkətlərinə məhdudiyyətlər qoyaraq, ona fermaya yaxınlaşmağı qadağan edilib və ov tüfəngi götürülüb.

Karin Knaysl ötən ilin may ayında yaşanan bir qalmaqal səbəbiylə gözlənilmədən Avstriya hökumətindən ayrıldığını açıqlayıb. Keçmiş diplomat və müəllim olan Knaysılın bundan sonra universitetlərdəki bütün mühazirələri ləğv edilib. Bu isə onun gəlirlərini sıfır səviyyəsinə gətirib.

Karin Knaysl və Wolfqanq Maylingerin toyu 2018-ci ilin avqust ayında Sloveniya ilə sərhədə yaxın olan kiçik Qamlitz şəhərində baş tutub. Bu nikah, gəlinin dəvət etdiyi Rusiya Prezidenti Vladimir Putinin mərasimdə fəxri qonaq olması səbəbi ilə ictimaiyyətin böyük marağına səbəb olub. Putinin Karin Knayslla rəqs etdiyi vaxt çəkilən fotolara görə, Avstriya hökuməti Moskva ilə qarşıdurma vəziyyətində olan Qərbdə tənqidlərə məruz qalıb.

Oxuməni.az