Sumqayıtda 39 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 39 yaşlı kişinin meyiti tapıldı

12 Aprel 2012 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, ötən gecə Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5/8, mənzil 14 ünvanında qətl hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan, 39 yaşlı İlham Xeybər oğlu Cabbarovun çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti yaşadığı mənzildə tapılıb.

Polis əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz və operativ əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü açılıb. Hadisənin mərhumun dostu, 1963-cü il təvəllüdlü Nizami Quliyev tərəfindən törədildiyi müəyyənləşib. N. Quliyev tutulub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

O.M