Xaçmazda qətl törədildi

Xaçmazda qətl törədildi

12 Aprel 2012 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Ağarəhimoba kənd sakini, 1993-cü il təvəllüdlü Musayev Kənan Telman oğlu şəxsi münaqişə zəminində Xaçmaz rayon Qımılqışlaq kənd sakini, 1988-ci il təvəllüdlü Heydərov Nail Nərminam oğlunu qətlə yetirib. Belə ki, gənclər arasında mübahisə düşüb. Öncə N. Heydərov K. Musayevi döyüb. O isə evdən götürdüyü xəncərlə Nail Heydərova 5 zərbə vurub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

O.M