Balakəndə narkotik becərən qadın saxlanıldı

Balakəndə narkotik becərən qadın saxlanıldı

12 Aprel 2012 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən Rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları narkotik tərkibli bitkilərin becərdilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.
Keçirilmiş tədbir nəticəsində rayonun Qabaqçöl qəsəbəsi Meşəşanbul kənd sakini, 1954-cü il təvəllüdlü Bazarova Fatma Sədrəddin qızının evinin həyətyanı sahəsində axtarış aparılıb. F. Bazarovanın həyətyanı sahəsində düzəldilmiş istixanaya baxış keçirilən zaman istixanada 90 ədəd dibçəkdə əkilmiş, hündürlüyü 6-10 sm olan narkotik tərkibli bitki hesab edilən marixuananın şitili aşkar edilib.
İstixanada xüsusi üsulla becərilən narkotik tərkibli bitki maddi sübut kimi götürülüb.
Faktla bağlı Balakən RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

O.M