Bələdiyyəyə cinayət işi açılıb

Bələdiyyəyə cinayət işi açılıb

1 Aprel 2020 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Saxta sənədlər əsasında dövlət büdcəsindən subsidiya almaq istəyən bələdiyyəyə cinayət işi açılıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu, 2019-cu il üzrə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”də əksini tapıb.

Məruzədə qeyd edilib ki, Bərdə rayonu Qaraqoyunlu bələdiyyəsi tərəfindən təmir-tikinti işlərinin aparılması adı altında pul vəsaitlərinin qanunsuz silinməsi nəticəsində bələdiyyə büdcəsinə 15 min 716 manat ziyan vurulması, səlahiyyətli olmadığı halda bələdiyyə sədri tərəfindən 173,35 hektar torpaq sahəsi üzrə təkbaşına qərarlar qəbul edilməsi və saxta sənədlər əsasında dövlət büdcəsindən subsidiyanın ayrılmasına şərait yaradılması halları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1, 313 179.2.3 və 1792.4-cü maddələri ilə cinayət işi başlanıb.

Oxuməni.az