Moskvada azərbaycanlı dindarın boğazı kəsildi

Moskvada azərbaycanlı dindarın boğazı kəsildi

11 Aprel 2012 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 10-da saat 01:30 radələrində 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Mətin Mehdiyev Moskvada Vtoraya Bretskaya 43 ünvanında yerləşən evinin giriş qapısında naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qatillər onun boğazını kəsiblər. Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Rusiya Müftilər Şurası (RMŞ) Moskvada azərbaycanlı din xadiminin öldürülməsini təsdiqləyib.
O.M.