Fahişəlik məqsədilə Özbək qızlarını Bakıya gətirmiş qadın yaxalandı

Fahişəlik məqsədilə Özbək qızlarını Bakıya gətirmiş qadın yaxalandı

11 Aprel 2012 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən verilən məlumata görə, əcnəbi qadınları cinsi istismar məqsədilə Azərbaycana gətirilməsi faktı aşkar edilib. Belə ki, aprelin 7-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Özbəkistan Respublikası vətəndaşı, 1978-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi ev 9A, mənzil 4-də müvəqqəti pasport qeydiyyatında olan və yaşayan İqraşeva Gülruh Şaləddin qızının Özbəkistan vətəndaşı olan qadınları Azərbaycana gətirərək cinsi istismara məruz qoyması faktı müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.

O.M.