İranlı narkotik alverçiləri tutuldu

İranlı narkotik alverçiləri tutuldu

11 Aprel 2012 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatına görə, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə İran İslam Respublikasının vətəndaşları - 34 yaşlı Şəmsəli Dustər və 32 yaşlı Davud Nurinin bu il aprelin 9-da dövlət sərhəddni pozaraq külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkəmizin ərazisinə gətirdikləri müəyyən edilmişdir.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxs yaxalanmış, onlardan 10 kiloqram həşiş və soyuq silah olan 1 ədəd xəncər götürülmüşdür. İlkin dindirmə zamanı Şəmsəli Dustər və Davud Nuri narkotik vasitəni Biləsuvar rayonu ərazisində cinayətin təşkilatçısı olan və hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının göndərəcəyi adamlara təhvil verəcəklərini və bunun müqabilində onlardan 10 min ABŞ dolları alacaqlarını etiraf etmişlər.
Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmış və hər iki şəxs təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Transmilli mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

O.M.