Narkotik vasitələrdən istifadəyə görə Salyan, Masallı, Cəlilabad rayonları, Şirvan şəhəri üstünlük təşkil edir

Narkotik vasitələrdən istifadəyə görə Salyan, Masallı, Cəlilabad rayonları, Şirvan şəhəri üstünlük təşkil edir

11 Aprel 2012 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

"Ötən ilin statistikasına görə, Azərbaycanda olan narkomanların sayı 26 700 nəfərdən çoxdur. Onların 62 faizi inyeksion yolla narkotikdən istifadə edirlər".

Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev Səhiyyə və Təhsil nazirliklərinin təşkil etdiyi "Narkomanlığa yox deyək!" kampaniyası ilə bağlı keçirilən tədbirdə deyib. Nazir müavini bildirib ki, Azərbaycanda narkomanların sayı ildən-ilə artır. Bu artım hər il 100 nəfər təşkil edir. E.Ağayev, rəsmi qeydiyyatda olmayan narkomanlarının sayının isə minlərlə olduğunu qeyd edib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev isə çıxışında bildirib ki, Azərbaycanda narkomanlardan təxminən 80 faizi ağır narkotik vasitələrdən istifadə edirlər. Onun sözlərinə görə, yeniyetmələr arasında daha çox riskli davranış müşahidə olunur. Onlar daha çox kley, aseton, apteklərdə reseptsiz satılan bəzi dərmanlardan istifadə edirlər. İşçi Qrupunun rəhbəri bunun qarşısımı almaq üçün yeniyetmələr arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb: "Qeyd olunan narkomanlar arasında savadlı, bilikli insanlar da var. Amma onlar nə vaxtsa edilən təkliflərə "yox" deyə bilməyib, həyatlarını məhv ediblər".
Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov isə deyib ki, Azərbaycanda qeydiyyatda olan narkomanlardan 511 nəfəri qadınlardır. Narkotik vasitələrdən daha çox istifadəyə görə, Salyan rayonu, Şirvan şəhəri, Masallı və Cəlilabad rayonları üstünlük təşkil edir.

O.M.