Mingəçevirdə bir aydır ailə quran cütlük intihara cəhd etdi

Mingəçevirdə bir aydır ailə quran cütlük intihara cəhd etdi

11 Aprel 2012 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevir Şəhər Polis İdarəsindən verilən məlumata görə, şəhərin N.Nərimanov küçəsi 17/2, mənzil 44-də yaşayan, 1987 təvəllüdlü Aişən İsgəndərova həyat yoldaşı, 1987-ci il təvəllüdlü Elmin İsgəndərovla aralarında baş vermiş ailədaxili mübahisə zəminində özünü ikinci mərtəbədən atıb. Hadisə yerində olan vətəndaşların köməkliyi ilə qadın təcilli xəstəxanaya aparılıb, vəziyyəti ağırdır. Bunu görən E.İsgəndərov həyat yoldaşının öldüyünü zənn edib və qollarını doğrayaraq intihara cəhd edib. O da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, adıçəkilən cütlük bir ay əvvəl ailə həyatı qurubmuş.
Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

O.M.