Bakıda keçirilən toyda 56 yaşlı kişi ürək tutmasından vəfat etdi

Bakıda keçirilən toyda 56 yaşlı kişi ürək tutmasından vəfat etdi

11 Aprel 2012 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, ötən gecə Sahil qəsəbəsində yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi qeydə alınıb. Toy mərasimində iştirak edən 56 yaşlı İsmayıl Abbasov qəfildən dünyasını dəyişib. Mərhumun ölümü ilə bağlı tibbi ekspertiza təyin edilib. İlkin məlumata görə o, ürək tutmasından ölüb. Ölümün dəqiq səbəbləri ekspertizanın rəyi açıqlanandan sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

O.M.