Azərbaycanda 10 aprelin kriminal xronikası

Azərbaycanda 10 aprelin kriminal xronikası

11 Aprel 2012 11:36
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 71 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 71 cinayət faktı qeydə alınmış, onların da 46-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 38 nəfər tutulmuşdur.

Gəncə şəhər sakin İsgəndər Cabbarov münaqişə zəminində Əlizamin Cəfərova bıçaqla xəsarət yetirmişdir

10.04.2012

Aprelin 10-da Gəncə şəhərində, şəhər sakin İsgəndər Cabbarov münaqişə zəminində Əlizamin Cəfərova bıçaqla xəsarət yetirmişdir. İ.Cabbarov Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən saxlanılmışdır.

Qonşusu Elçin Rzazadəyə taxta parçası ilə xəsarət yetirmiş Lənkəran rayonunun Kərgalan kənd sakini Mircavid Abdullayev saxlanılmışdır

10.04.2012

Cari il fevralın 22-də Lənkəran rayonunun Kərgalan kəndində, kənd sakini Mircavid Abdullayev münaqişə zəminində qonşusu Elçin Rzazadəyə taxta parçası ilə xəsarət yetirmişdir. M.Abdullayev Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən saxlanılmışdır.

Qəbələ rayon sakini Etibar Məmmədov bədbəxt hadisə nəticəsində ölmüşdür

10.04.2012

Aprelin 10-da saat 17.00 radələrində Qəbələ rayonunun Uludaş kəndi ərazisində rayon sakini Etibar Məmmədovun idarə etdiyi "Tatra" markalı avtomaşın işlək vəziyyətdə qoyub yerə düşmüş, sonradan avtomaşın hərəkətə gəldiyindən altında qalaraq ölmüşdür.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

10.04.2012

Aprelin 10-da saat 08.00 radələrində Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Rəfiqə Cavadova vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Biləcəri qəsəbəsində ruhi xəstə Azadə Abbasova özünü 8-ci mərtəbədən atmışdır

10.04.2012

Aprelin 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində ruhi xəstə Azadə Abbasova yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atmışdır.

Lənkəran şəhər sakinləri Emin Vəliyev və qardaşı Elçinin yaşadıqları mənzilə baxış zamanı oradan 1,980 kq həşiş və 7 qr tiryək aşkar edilərək götürülmüşdür

10.04.2012

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Emin Vəliyev və qardaşı Elçinin yaşadıqları mənzilə baxış zamanı oradan 1 kiloqram 980 qram həşiş və 7 qram tiryək aşkar edilərək götürülmüşdür.

21000 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Tural Əsədov, Rafiq Məmmədov və Abşeron rayon sakini Elçin Həsənov tutulmuşlar

10.04.2012

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də Hamlet Mehdizadəyə məxsus "Loğman Farm" MMC-nin ofisindən 21000 manat pul oğurlamış Sumqayıt şəhər sakinləri Tural Əsədov, Rafiq Məmmədov və Abşeron rayon sakini Elçin Həsənov tutulmuşlar.

Avtomaşın qaçırmış Bakı şəhər sakini İlqar Məhərrəmov tutulmuşdur

10.04.2012

Sabunçu RPİ 14-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 8-də Novruz Məmmədovaya məxsus qaçırılmış "VAZ-21011" markalı avtomaşın Maştağa qəsəbəsində tapılmışdır. Avtomaşını qaçırmış Bakı şəhər sakini İlqar Məhərrəmov tutulmuşdur.

Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

10.04.2012

Aprelin 10-da saat 15.25 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Pariz Mürşüdov "Mercedes" markalı avtomaşını idarə edərkən həmyerlisi İlkanə Məmmədovanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

10.04.2012

Aprelin 10-da Sumqayıt şəhər sakinləri Sultan Sultanov, Nuriyyə Bayramova, Ağcabədi rayon sakinləri Nurəddin Kərimov, Vüsalə Kərimova və onun 5 yaşlı qızı Fatimə evlərindən dəm qazı və qidadan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Kəlbəcər rayon sakini Xanbikə Ataxanova paltar yuyarkən çaya yıxılmışdır

10.04.2012

Aprelin 10-da Samux rayonunda, Kəlbəcər rayon sakini Xanbikə Ataxanova Kür çayında paltar yuyarkən çaya yıxılmışdır. Onun tapılması üçün tədbirlər görülür.

Şəki rayonunun Köbər Zəyzid kənd sakini Cəfər Mustafayev elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

10.04.2012

Aprelin 10-da Şəki rayonunun Vərəzət kəndi ərazisində Köbər Zəyzid kənd sakini Cəfər Mustafayev təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Ağdam RPŞ-nin əməkdaşı Allahverdi Haqverdiyev xidməti silahı ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət almışdır

10.04.2012

Aprelin 10-da saat 9.00 radələrində Ağdam rayonunun Əfətli kəndinin ərazisindəki atəş təlimi meydançasında RPŞ-nin əməkdaşı polis polkovnik-leytenantı Allahverdi Haqverdiyev xidməti "Makarov" markalı tapança ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət almışdır.

Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

10.04.2012

Aprelin 10-da saat 01.00 radələrində Xızı rayonu ərazisində Gürcüstan vətəndaşı Elimxan Qurbanov "Hova" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü və sərnişini Bəhruz Qəmbərov hadisə yerində ölmüşlər.

O.M.