Bakıda «Loğman Farm» MMC-dən 21 min manat oğurlamış şəxslər tutuldular

Bakıda «Loğman Farm» MMC-dən 21 min manat oğurlamış şəxslər tutuldular

11 Aprel 2012 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, aprelin 5-ə keçən gecə Bakı şəhər sakini Hamlet Mehdizadəyə məxsus Moskva prospektində yerləşən "Loğman Farm" MMC-nin ofisindən dəmir barmaqlıqları sındırma yolu ilə 21 min manat oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Tural Əsədov, Rafiq Məmmədov və Abşeron rayon sakini Elçin Həsənov aprelin 10-da tutulublar.

O.M.