Bakıda oğul atasını öldürdü

Bakıda oğul atasını öldürdü

11 Aprel 2012 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Nizami rayon Prokurorluğundan verilən məlumata görə, ötən gecə rayonun Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi, ev 4/23 ünvanında qətl hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan, 1986-cı il təvəllüdlü İlkin Məmmədov atası, 1957-ci il təvəllüdlü Rafiq Məmmədovu bıçaqlayaraq öldürüb. Hadisəni törədən İ.Məmmədov saxlanılıb.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.