Azərbaycanda 09 aprelin kriminal xronikası

Azərbaycanda 09 aprelin kriminal xronikası

10 Aprel 2012 12:53
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 55 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınmış, onların da 34-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.

Hacıqabul rayonu ərazisində quldurluq hadisəsi baş vermişdir

09.04.2012

Aprelin 9-da saat 21 radələrində Hacıqabul rayonu ərazisində Sevda Ələkbərovanın evinə girmiş maskalı naməlum şəxs tüfənglə onu hədələyərək pul və qızıl əşyalarını verməsini tələb etmişdir. Səsə-küyə gəlmiş S.Ələkbərovanın oğlu Bəhram Ələkbərov özünə məxsus tüfənglə həmin şəxsi hədələyərək evdən çıxmasını tələb etmiş, tabeçilik göstərdiyindən atəş açaraq onu yaralamışdır. Hadisənin Hacıqabul şəhər sakini Rahil Şahkərəmov tərəfindən törədilməsi müəyyən edilmiş və o xəstəxanaya yerləşdirilmişdir. Ondan hadisə zamanı istifadə etdiyi 1 ədəd qundağı kəsilmiş tüfəng götürülmüşdür.

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

09.04.2012

Aprelin 9-da saat 08.00 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qəsəbə sakini Ceyhun Həsənov "VAZ-21154" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə sərnişinlərindən Ələsgər Həsənov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Aydın Tağıyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

09.04.2012

Aprelin 9-da saat 09.30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində qəsəbə sakini Emin Abdullayev "VAZ-21011" markalı avtomaşını idarə edərkən Sumqayıt şəhər sakini Vüqar Hüseynovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisələri

09.04.2012

Aprelin 9-da saat 16.10 radələrində Hacıqabul rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Şamaxı rayon sakini Ağaismayıl İsmayılov vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Aprelin 9-da saat 13.40 radələrində Hacıqabul şəhəri ərazisində şəhər sakini Əlifail Rəhimovun idarə etdiyi "Muravey" markalı motosikletlə, Sabirabad rayon sakini Elvin Məmmədovun idarə etdiyi "KamAZ" markalı avtomaşın toqquşmuşdur. Nəticədə Ə.Rəhimovun sərnişinləri Nemət Nəsirov və Rövşən Qurbanov hadisə yerində ölmüşlər.

Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

09.04.2012

Aprelin 9-da saat 11.15 radələrində Xızı rayonu ərazisində Sumqayıt şəhər sakini Niyaməddin Qəhrəmanov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişin Günel Mürsəlova hadisə yerində ölmüş, xəsarət almış sürücüyə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

09.04.2012

Aprelin 8-də saat 23.00 radələrində Bakının Nizami rayonunda müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Sabir Rzayev vurulmuşdur. Xəsarət almış piyada aprelin 9-da xəstəxanaya müraciət etmiş və ona tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Avtomaşın qaçırmış Əfruz Əliyev saxlanılmışdır

09.04.2012

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində aprelin 8-də Səbail rayonu ərazisində Qadir Məmmədliyə məxsus "Mercedes" markalı avtomaşını qaçırmış Əfruz Əliyev aprelin 9-da Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində saxlanılmış və avtomaşınla birgə Səbail RPİ 8-ci PB-yə təhvil verilmişdir.

Tovuz rayon sakini Almaz Əsgərova qadınları fahişəliyə cəlb etməsi ilə əlaqədar saxlanılmışdır

09.04.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon sakini Almaz Əsgərova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi ilə əlaqədar saxlanılmışdır.

Ələt qəsəbə sakini Eyvaz Hacəliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Vüsal Kəlbiyev tutulmuşdur

09.04.2012

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 9-da Ələt qəsəbəsi ərazisində qəsəbə sakini Eyvaz Hacəliyevə xuliqanlıq zəminində bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Vüsal Kəlbiyev tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Vəfa Məmmədovanın digər cinayət əməli də müəyyən edilmişdir

09.04.2012

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 8-də Məlahət Həsənovanın evindən qızıl əşyalarını oğurlamış Bakı şəhər sakini Vəfa Məmmədova tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci il sentyabrın 10-da Nail Məmmədovun evindən 500 manat, 2800 dollar və qızıl əşyaları oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Pərviz Məhərrəmovun digər cinayət əməli müəyyən edilmişdir

09.04.2012

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il noyabrın 11-də Novruz Tahirova məxsus mağazadan 1000 manat pul və tütün məmulatı oğurlamış Bakı şəhər sakini Pərviz Məhərrəmov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci il avqustun 13-də Elxan Gülməmmədova məxsus mağazadan 400 manat pul oğurlaması da müəyyən edilmişdir.

Elvin Axundova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Kainat Həsənov tutulmuşdur

09.04.2012

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 8-də Elvin Axundova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Kainat Həsənov tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Saatlı rayon sakini İlhamə Qasımova tutulmuşdur

09.04.2012

Aprelin 9-da Şamama Məmmədova Yasamal RPİ 28-ci PB-yə ərizə ilə müraciət edərək martın 30-da evindən naməlum şəraitdə qızıl əşyalarının oğurlanmasını bildirmişdir. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Saatlı rayon sakini İlhamə Qasımova tutulmuşdur.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

09.04.2012

Aprelin 9-da Sumqayıt şəhər sakinləri Aynurə Azayeva, Elnur Tağıyev, Aynurə Əkbərova, Sevil Həsənova, Könül Bayramova, Abşeron rayon sakini Pirzad Səfərova Gəncə şəhər sakini Həmidə Kamalova, Göygöl rayon sakini Gülnar Mahmudova və Cəlilabad rayon sakini Rəvan Adıyev öz evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Nurəddin Piriyev inək vurması nəticəsində ölmüşdür

09.04.2012

Aprelin 9-da Yevlax rayonunun Kövər kəndindəki otlaq sahəsindəki fermada, orada işləyən Nurəddin Piriyev inək vurması nəticəsində ölmüşdür.

O.M.