Hacıqabulda ev yiyəsi oğrunu güllələdi

Hacıqabulda ev yiyəsi oğrunu güllələdi

10 Aprel 2012 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

Hacıqabul Rayon Prokurorluğunun məlumatına görə, rayon sakini Sevda Ələkbərovanın evinə açıq qapıdan girən maskalı şəxs onu tüfənglə hədələyərək pul və qızıl əşyalarını verməsini tələb edib. Səsə-küyə gələn Sevda Ələkbərovanın oğlu Bəhram Ələkbərov özünə məxsus tüfənglə həmin şəxsi hədələyərək evdən çıxmasını tələb edib. Oğurluğa girən şəxs ev sahibinə tabeçilik göstərmədiyi üçün B.Ələkbərov silahdan atəş açaraq onu yaralayıb.

Hadisə yerinə polis əməkdaşları çağırılıb. Araşdırmalar zamanı evə basqın edən həmin şəxsin Hacıqabul şəhər sakini Rahil Şahkərəmov olduğu müəyyən edilib və o xəstəxanaya yerləşdirilib. Rahil Şahkərəmovdan hadisə zamanı istifadə etdiyi qundağı kəsik tüfəng götürülüb. Faktla bağlı araşdırma aparılır.

O.M.