Xızıda ölümlə nəticələnən ağır yol qəzası baş verdi

Xızıda ölümlə nəticələnən ağır yol qəzası baş verdi

10 Aprel 2012 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Xızı-Giləzi yolunun 4-cü km-də yol-nəqliyyat hadisəsi qeydə alınıb. Vətəndaşa məxsus "Howo" markalı yük maşınının aşması nəticəsində sürücü - 1973-cü il təvəllüdlü Elmxan Zahid oğlu Qurbanov və sərnişin - 1974-cü il təvəllüdlü Bəhruz Qüdrət oğlu Qəmbərov hadisə yerində ölüblər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxslərin cəsədlərini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

O.M.