Ağdam polis rəisinin köməkçisi ehtiyatsızlıqdan özünü güllələdi

Ağdam polis rəisinin köməkçisi ehtiyatsızlıqdan özünü güllələdi

10 Aprel 2012 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Ağdam rayonu ərazisində yerləşən atəş hazırlığı poliqonunda insident baş verib. Atış hazırlığı zamanı Ağdam Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi Haqverdiyev Allahverdi Yaqub oğlunun əlində avtomat silah ehtiyatsızlıq nəticəsində açılıb və nəticədə güllə özünə dəyib. Ağır yaralanan rəis köməkçisi Ağdam rayonu ərazisində yerləşən N saylı hərbi hospitala çatdırılıb və onun üzərində əməliyyat aparılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

O.M.