Qaxda 23 yaşlı bir uşaq anası itkin düşdü

Qaxda 23 yaşlı bir uşaq anası itkin düşdü

10 Aprel 2012 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Qax Rayon Polis Şöbəsinin məlumatına görə, Qax şəhəri, Məmmədəli Məmmədov küçəsi, ev 55 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Bilalova Leyla Fərhad qızı aprelin 9-da səhər saatlarında azyaşlı övladını uşaq bağçasına aparmaq adı ilə evdən çıxıb. Övladını uşaq bağçasına qoyduqdan sonra naməlum istiqamətə gedərək bir daha evə qayıtmayıb. Həyat yoldaşının evə qayıtmadığını görən Bilalov Həzrət Arif oğlu bu gün Qax RPŞ-ə gələrək Leyla Bilalovanın itkin düşməsi barədə məlumat verib. Hazırda Qax RPŞ-nin əməkdaşları Leyla Bilalovanın tapılaraq ailəsinə təhvil edilməsi istiqamətində axtarışlara başlayıb.

O.M.