Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

9 Aprel 2012 17:03
Bəyəndim (0) Bəyənmədim (0)

Hacıqabul Rayon Polis Şöbəsinin məlumatına görə, bu gün günorta saatlarında rayon mərkəzində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Şirvan şəhər sakini Məmmədov Elvin Tofiq oğlunun idarə etdiyi 18 BD 335 dövlət nömrə nişanlı sement qarışdıran "KamAZ" markalı avtomobilin qarşısına çıxan motosiklet manevr edərkən hərəkət istiqamətini itirib. Nəticədə motosikletdə olan, rayon sakinləri - 1975-ci il təvəllüdlü sürücü Nəsirov Nemət Həsən oğlu və 1976-cı il təvəllüdlü sərnişin Qurbanov Rövşən Rafiq oğlu avtomobilin təkərləri altına düşərək vəfat ediblər.

Onların balıq ovuna getdikləri bildirilib. Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

O.M.