Qazaxıstanda ermənilər bir azərbaycanlını öldürüblər

Qazaxıstanda ermənilər bir azərbaycanlını öldürüblər

8 Mart 2020 21:18
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanın Nursultan şəhərində ermənilərlə azərbaycanlılar arasında baş verən kütləvi davada 1 soydaşımız öldürülüb, daha bir neçə nəfər xəsarət alıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, hadisə Nursultan şəhərində azərbaycanlılara məxsus kafenin qarşısında olub.

Belə ki, erməni millətindən olan şəxslər Qazaxıstanda yaşayan 19 yaşlı Tural İlqar oğlu Teymurovu təhqir edib. Bu zaman onlar arasında dava olub. İlkin məlumata görə, ermənilər ona bıçaqla xəsarət yetiriblər. Belə olduqda soydaşımızın yaxın qohumu, Azərbaycan əsilli Qazaxıstan vətəndaşı, 1995-ci il təvəllüdlü Etibar Ümidvar oğlu Teymurov köməyə gəlib. Lakin o, münaqişə zamanı ürək nahiyəsinə vurulan bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib.

Oxuməni.az