Əcnəbi vətəndaşların Azərbaycanda əmək istismarına məruz qaldığı müəyyən edildi

Əcnəbi vətəndaşların Azərbaycanda əmək istismarına məruz qaldığı müəyyən edildi

9 Aprel 2012 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən verilən məlumatına görə, aprelin 5-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının Masallı Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində - Moldova Respublikası vətəndaşı olan qadının 2011-ci ilin sentyabr ayından etibarən Masallı rayonu, Alvadı kəndində fərdi yaşayış evində əmək istismarına məruz qalması faktı müəyyən edilib.

Bundan başqa, aprelin 2-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, Şəmkir rayonu, Qapanlı kəndində pasport qeydiyyatında olan 1981-ci il təvəllüdlü Hüseynov Ramin Hamlet oğluna məxsus istilikxanalarda əcnəbi vətəndaşların haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri ilə bağlı fərdi icazələrin, işəgötürən və işçi arasında tərəflərin hüquq və vəzifələrini müəyyən edən müqavilələrin olmaması, vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi, eləcə də əmək istismarı ilə əlaqədar ibtidai istintaqın aparılması məcburi olan hallar aşkar olunub. Hər iki faktla bağlı araşdırma aparılır.

O.M.