Azərbaycanda 07-08 aprelin kriminal xronikası

Azərbaycanda 07-08 aprelin kriminal xronikası

9 Aprel 2012 12:16
Bəyəndim (0) Bəyənmədim (0)
Şənbə və bazar günləri ərzində 87 cinayət faktı qeydə alınmışdır

07.04.2012-ci il - şənbə günü ərzində 53 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınmış, onların da 21-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 6 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 18 nəfər tutulmuşdur.

Münaqişə zəminində Qaradağ rayon sakini V.Əliyevə bıçaqla xəsarət yetirmiş şəxs tutulmuşdur

07.04.2012

Aprelin 6-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Vüqar Əliyev kəsilmiş-deşilmiş xəsarət ilə xəstəxanaya gətirilmiş və aprelin 7-də orada ölmüşdür. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş V.Əliyevlə qeyri-rəsmi nikah münasibətlərində olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yelena Tişina tutulmuşdur.

Abşeron rayonu ərazisindən 1 ədəd mərmi tapılmışdır

07.04.2012

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu ərazisindən 1 ədəd mərmi tapılmış və DİN-nin Daxili Qoşunlarının Baş İdarəsi əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir.

Mingəçevir şəhər sakini R.Cəfərova qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır

07.04.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rəhilə Cəfərova gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılmışdır.

Aprelin 3-də R.Xıdırovun mobil telefonunu oğurlamış Bakı şəhər sakini A.Qarayev tutulmuşdur

07.04.2012

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də Rəşid Xıdırovun mobil telefonunu oğurlamış Bakı şəhər sakini Azər Qarayev tutulmuşdur.

Aprelin 4-də itkin düşmüş üç Qəbələ rayon sakininin qar uçqununun altında qalaraq ölmələri müəyyən edilmişdir

07.04.2012

Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri axtarış tədbirləri nəticəsində aprelin 4-də itkin düşmüş Vəndam qəsəbə sakinləri Nazir Bayramov, Elçin Kərimov və Zakir Baxşəliyev Vəndam kəndi ərazisində ova getmələri və qar uçqununun altında qalaraq ölmələri müəyyən edilmişdir.

Yevlax rayonu ərazisində Türkiyə vətəndaşı İ.Kılınc avtomaşınını arxaya verərkən 1 yaşlı uşağı vurmuşdur

07.04.2012

Aprelin 7-də saat 09.00 radələrində Yevlax rayonunun Qoyunbinəsi kənd sakini Şərif Bəşirova məxsus həyətdə Türkiyə vətəndaşı İsmet Kılınc "Ford" markalı avtomaşını arxaya verərkən Şərifin 1 yaşlı oğlu Ramizi vurmuşdur. Nəticədə Ramiz hadisə yerində ölmüşdür.

Binəqədi rayonu ərazisində avaraçılıq və dilənçiliklə məşğul olan 14 nəfər saxlanılmışdır

07.04.2012

Binəqədi RPİ əməkdaşları tərəfindən rayon ərazisində avaraçılıq və dilənçiliklə məşğul olan 14 nəfər saxlanılmış və Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə təhvil verilmişlər.

Biləsuvar şəhər sakini E.Bayramova çaya yıxılaraq suda boğulmuşdur

07.04.2012

Aprelin 7-də Biləsuvar şəhəri ərazisində şəhər sakini Elyanə Bayramova ehtiyatsızlığı nəticəsində Balharı çayına yıxılaraq suda boğulmuşdur.

3 nəfər dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

07.04.2012

Aprelin 7-də Sumqayıt şəhər sakinləri Aytac Rzayeva, Nizami Bəşirov və Gəncə şəhər sakini Zümrüd Qurbanova öz evlərindən dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

07.04.2012

Aprelin 7-də saat 00.05 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakinləri Musa Haşımlının idarə etdiyi "Toyota Prado", Süleyman Mustafayevin idarə etdiyi "VAZ-2106", Sadıx Yusifovun idarə etdiyi "Opel" və Allahverdi Xudiyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə S.Mutafayevin sərnişinlərindən - arvadı Amaliya aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini - gəlini Gültəkinə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

07.04.2012

Aprelin 7-də saat 00.05 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Çingiz Musayev vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

08.04.2012-ci il - bazar günü ərzində 34 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 34 cinayət faktı qeydə alınmış, onların da 20-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 12 nəfər tutulmuşdur.

Xətai rayonu ərazisində yaşayan Elmir Soltanovun meyiti tapılmışdır

08.04.2012

Aprelin 8-də Xətai rayonu ərazisində kirayədə yaşayan 26 yaşlı Elmir Soltanovun boğaz nahiyəsində sıyrıq xəsarətləri olan meyiti tapılmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Xətai RPİ tərəfindən aparılır.

Gəncə şəhəri ərazisində B.Qədimov avtomaşını idarə edərkən B.Qurbanovanı vurmuşdur

08.04.2012

Aprelin 8-də saat 14.00 radələrində Gəncə şəhəri ərazisində Samux rayon sakini Bəhram Qədimov "QAZ-66" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini Bəsti Qurbanovanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Səbail rayonu ərazisində Z.Mustafayevaya məxsus mənzildə yanğın baş vermişdir

08.04.2012

Aprelin 8-də saat 13.30 radələrində Səbail rayonu ərazisində yaşayan Zülfiyyə Mustafayevaya məxsus mənzildə yanğın baş vermişdir. Nəticədə mənzilin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, orada kirayədə yaşayan Astara rayon sakini Fəzail İsmayılov isə dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, ona tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Kürdəmir rayonu ərazisində İ.Abbasov oğurladığı 2 ədəd relsi S.Movlayevə satarkən saxlanılmışlar

08.04.2012

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də Kürdəmir rayonundakı 5 saylı Yol Distansiyasının ərazisində, orada usta işləyən İlham Abbasov uzunluğu 21 metr olan 2 ədəd relsi oğurlayıb Sığırlı kənd sakini Sarvan Movlayevə satarkən saxlanılmışlar.

Sumqayıt şəhər sakini Z.Quluyeva qadınları İrana apararaq cinsi istismara məruz qoyması ilə əlaqədar saxlanılmışdır

08.04.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də bir qrup şəxslə cinayət əlaqəsinə girib gəlir etmək məqsədi ilə qadınları Birləşmiş Ərəb Əmirliklərinə və İran İslam Respublikasına aparıb cinsi istismara məruz qoyması ilə əlaqədar tutulmuş Sovetnaz Quluyevanın qızı - insan alveri ili məşğul olan mütəşəkkil cinayətkar dəstənin başçısı, Sumqayıt şəhər sakini Zeynəb qadınları İran İslam Respublikasına apararaq cinsi istismara məruz qoyması ilə əlaqədar saxlanılmışdır.

Aprelin 6-da A.İsmayılzadədən pul və mobil telefonunu almış iki şəxs tutulmuşdur

08.04.2012

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Allahşükür İsmayılzadəni döyərək, ondan 650 manat pul və mobil telefonunu almış Bakı şəhər sakinləri İlqar İbrahimov və Maqsud Məmmədov tutulmuşlar.

Zaqatala rayon sakini Z.Musayevin təqaüd kartını oğurlamış həmyerlisi E.Məmmədov tutulmuşdur

08.04.2012

Zaqatala rayonunun Göyəm kənd sakini Zahil Musayevdən RPŞ-yə daxil olmuş məktubunda ona məxsus təqaüd kartının oğurlanması və bankomatdan 140 manat pulunun çıxarılması bildirilmişdir. Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi Elçin Məmmədov tutulmuşdur.

Astara rayon sakini 3 yaşlı E.Eynəliyev su quyusuna yıxılaraq boğulmuşdur

08.04.2012

Aprelin 8-də Astara rayonunun Ocəkəran kənd sakini 3 yaşlı Elməddin Eynəliyev həyətlərindəki su quyusuna yıxılaraq boğulmuşdur.

4 nəfər dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər

08.04.2012

Aprelin 8-də Sumqayıt şəhər sakini Məhrurə Şabanlı, Cəlilabad rayon sakinləri Nuranə Qafarova, Şəbnəm Məmmədova və Abşeron rayon sakini Aynurə Fərhadova öz evlərindən dərmandan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.