Bakıda maşın yol polisi əməkdaşını vurdu

Bakıda maşın yol polisi əməkdaşını vurdu

9 Aprel 2012 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Nizami Rayon Prokurorluğunun məlumatına görə, rayonun Naxçıvanski küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, Bakı şəhər sakini Siyavuş Rzayev idarə etdiyi "BMW" markalı, 90 LS 530 dövlət nömrə nişanlı maşınla, yolda xidmət aparan, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 2-ci taqımının inspektoru, polis serjantı, 1988-ci il təvəllüdlü Saməddin Eldar oğlu Eyvazovu vurub. Ağır xəsarətlər alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

O.M.