Bakıda ev yandı

Bakıda ev yandı

9 Aprel 2012 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 35 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub. Mənzildə kirayənişin kimi yaşayan 1 nəfər tüstüdən zəhərlənib. O, yanğınsöndürənlər tərəfindən xilas olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.