Bakıda başsız kişi meyiti tapıldı

Bakıda başsız kişi meyiti tapıldı

9 Aprel 2012 09:57
Bəyəndim (0) Bəyənmədim (0)

Xətai Rayon Prokurorluğunun məlumatına görə, rayonun Şıxlinski küçəsi ev 47, mənzil 55 ünvanında qətl hadisəsi qeydə alınıb. Belə ki, həmin ünvanda kirayədə yaşayan, 26 yaşlı Elmir Soltan oğlu Soltanovun meyiti tapılıb. O, boğazı kəsilərək öldürülüb. Qətlin kimin tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirilir.

O.M.