Milli Təhlükəsizlik Nazirliyi Gəncə hadisələri barədə məlumat yaydı

Milli Təhlükəsizlik Nazirliyi Gəncə hadisələri barədə məlumat yaydı

6 Aprel 2012 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, Gəncə şəhərində anti-terror əməliyyatı çərçivəsində baş verən silahlı insidentdə iki nəfər ölüb, beş nəfər yaralanıb. İnsident zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, üçü yaralanıb. Qarşı tərəfdən isə 1 nəfər ölüb, iki nəfər yaralanıb. Ölən yaraqlının meyiti üzərində partlayıcı olduğundan hadisə yerinə mütəxəssislər çağırılıb. Əməliyyat hələlik başa çatmayıb. Ölən əməliyyatçının meyiti və digər yaralılar vertolyotla Bakıya gətirilib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev açıqlamasında Gəncədə nazirlik tərəfindən əməliyyat keçirildiyini təsdiqləyib. Əməliyyat tədbirləri davam etdiyindən əlavə məlumat verilməyib.

O.M.