Azərbaycan-İran sərhədində neytral zonada yanğın baş verdi

Azərbaycan-İran sərhədində neytral zonada yanğın baş verdi

6 Aprel 2012 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ötən gecə Beyləqan rayonu, Əhmədli kəndində (rayon mərkəzindən 30 km aralı) İran İslam Respublikası ilə sərhəddə, neytral ərazidə yanğın hadisəsi qeydə alınıb. Yanğın 250 ha sahəni əhatə edib. Nəticədə kol-kos və qamışlıq yanıb. 800 ha ərazi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.