"Texnikabank"ın Yasamal filialının həbsdə olan müdir müavininin apellyasiya şikayəti təmin olunmadı

"Texnikabank"ın Yasamal filialının həbsdə olan müdir müavininin apellyasiya şikayəti təmin olunmadı

5 Aprel 2012 18:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apellyasiya Məhkəməsində \"Texnikabank\"ın Yasamal filialının müdir müavini Elnur Seyidovun apellyasiya şikayətinə baxılıb. Bu barədə jurnalistlərə vəkil Əsabəli Mustafayev məlumat verib. Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, E.Seyidov martın 27-də həbs olunub. Martın 29-da isə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan apellyasiya şikayəti verilib. Şikayətdə E.Seyidovun səhhətindəki problemlərin onun həbsdə olmasına imkan vermədiyi qeyd olunub və azadlığa buraxılması istənilib. O, Cinayət Məcəlləsinin 178. 3.1 və 178.3.2-ci (dələduzluq) maddələri ilə ittiham olunur.
Onu da qeyd edək ki, E.Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

O.M.