Bakıda xərçəng xəstəsi olan 71 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı

Bakıda xərçəng xəstəsi olan 71 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı

5 Aprel 2012 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

Xətai Rayon Prokurorluğunun məlumatına görə, rayonun Cavanşir küçəsi 21 ünvanında intihar hadisəsi qeydə alınıb. Qohumlarıgilə qonaq gələn Gürcüstan vətəndaşı, 1941-ci il təvəllüdlü Gözəl Səməd qızı İmaməliyeva özünü 9-cu mərtəbədən atıb. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə ətraflı məlumat verilməsə də, onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

O.M.