Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində iranlı dustaq öldü

Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində iranlı dustaq öldü

5 Aprel 2012 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

Nizami Rayon Prokurorluğunun məlumatına görə, ötən gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində ölüm hadisəsi qeydə alınıb. Narkotik qaçaqmalçılığında təqsirli bilinərək həbsə məhkum edilən və adıçəkilən müəssisədə saxlanılan, İran İslam Respublikasının vətəndaşı, 1963-cü il təvəllüdlü İsmayıli Mövsudi Mirabdulla oğlu naməlum şəraitdə dünyasını dəyişib. Mərhumun ölümü ilə bağlı tibbi ekspertiza təyin edilib. Ekspertizanın rəyindən sonra mərhumun ölüm səbəbləri məlum olacaq. Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

O.M.